Apr 07 2017 17:05
Ulviyye Sabirqizi
Views: 1296

Hindistan prezidenti Pranap Mukherci Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib.

CBC-nin məlumatına görə, məktubda deyilir:

“Bu il fevralın 28-də Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. 

Şadam ki, bu 25 il ərzində ikitərəfli səmimi münasibətlərimiz yaxşı inkişaf edib. Bütün sahələrdə genişlənən bu münasibətlərimiz və siyasi, iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız, habelə insanlar arasında fikir mübadiləsi qarşılıqlı faydalı olub və hər iki regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli töhfə verib. 

Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram. Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, həmçinin Azərbaycan Respublikasının xalqına davamlı tərəqqi və rifah arzularımı çatdırmaq istərdim. Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 

 


Create Account



Log In Your Account