Mar 12 2020 12:57
Elshad Aliyev
Views: 42

Amerikalı məşhur aktyor Tom Henks öz "Twitter" səhifəsində bildirib ki, o və arvadı, amerikalı aktrisa Rita Uilson koronavirusa yoluxublar.

AZƏRTAC xəbər verir ki, ər-arvad hazırda Avstraliyada, Elvis Presli haqqında filmin çəkilişlərindədirlər.

Bildirilir ki, onlar özlərini yorğun, soyuqlamış kimi hiss edirlər və bədənlərində ağrı var. Henks yazır: "Rita vaxtaşırı titrətmə hiss ediridi. Bizim koronavirusa yoluxub-yoluxmadığımızı yoxladılar və nəticə müsbət oldu".

Bu arada Prezident Tramp Avropadan ABŞ-da girişin qadağan olunduğunu elan edib.


Create Account



Log In Your Account