Jan 09 2018 15:00
Naile Hesenova
Views: 401

"CinemaPlus Ganjlik Mall"da savaş, komediya janrında olan "Hər şey indi başlayır" filminin premyera öncəsi nümayişi keçirilib.
CBC xəbər verir ki, ekran əsərində baş rolları məşhur ulduzlar - Morgan Freeman, Tommy Lee Jones, Rene Russo ifa edirlər.

Xronometrajı 100 dəqiqə olan filmin rejissoru Ron Şeltondur.

Filmin süjet xəttinə görə, bir vaxtlar iri cinayətkar qruplaşmaların parlaq vəkili olan Dyük şahidlərin müdafiəsi proqramı altında olarkən Kapridə möhtəşəm villada qonaqları üçün dəlisov bayramlar keçirərək və adi günləri parlaq Jazza çevirərək əylənir. Bir gün Milad bayramı ərəfəsində sabiq FTB agenti Leo villaya gəlir və hər şeyi alt-üst edir. Lakin, sən demə, hər şey hələ indi başlayır: Leonun ardınca villaya mafiya nümayəndələri də gəlir. Hadisələr bu məqamda daha da qızışır.

 

 

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

 

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun düşəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 


Create Account



Log In Your Account