Apr 16 2020 14:18
Elshad Aliyev
Views: 59

Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 618-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


Create Account



Log In Your Account