Apr 15 2020 12:37
Elshad Aliyev
Views: 78

Prezident İlham Əliyevin cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxış proqram xarakteri daşımaqla ölkə həyatının bütün sahələrini əhatə etdi. Prezident ölkədə əsas gündəm olan koronavirus pandemiyası barədə olduqca dəqiq təsbitlər etməklə insanlarımızda mövcud vəziyyətə dair aydın təsəvvür formalaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən çoxistiqamətli tədbirlər bir daha onu təsdiq etdi ki, vətəndaşlarımızın təhlükəsizliyi dövlətimizin başçısı üçün hər şeyin fövqündə dayanır. Məhz bu təhlükəsizliyi təmin etmək, insanlarımızı qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və çox qısa müddətdə uğurlu nəticələr əldə edildi. Gündəlik yoluxma faktlarının dinamikası da göstərir ki, ölkəmizdə ümumi vəziyyət ümidvericidir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bunları görür və rəğbətlə qarşılayır. Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı məktublar də təsdiq edir ki, vətəndaşlar görülən işləri yüksək qiymətləndirirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, bir cümlə ilə ifadə etsək pandemiya ilə mübarizə Azərbaycan dövlətinin gücünü və qadir olduğu imkanları göstərdi. Bir daha öz təsdiqini tapdı ki, uğurlu inkişaf üçün iqtisadiyyat davamlı olmalıdır. Azərbaycanın iqtisadi gücü, xalq-iqtidar birliyi və möhkəm həmrəylik qlobal bəlanın ölkəmizə zərərlərini minimallaşdırdı.

Azərbaycan 2020-ci ilə sistemli islahatlar ili kimi qədəm qoydu və cari ilin birinci yarısında bu meyil özünü açıq şəkildə göstərdi. Hakimiyyətin bütün qollarında aparılan islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə inamla qədəm qoyur. Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması prosesi sürətlə gedir. Ölkəmizin tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildi. Eyni zamanda, parlament komitələrinə müxalifət nümayəndələri rəhbərlik edirlər. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda siyasi sistemin yeni konfiqurasiyası formalaşır. Əlbəttə, əsas məqsəd bütün siyasi qüvvələr tərəfindən dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin qurulmasıdır. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır: dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf. Bu baxımdan, hakimiyyət tərəfindən müxalifət partiyaları ilə siyasi dialoqun başlanması istiqamətində atılan addımlar yeni siyasi reallıqları ehtiva edir.


Create Account



Log In Your Account