Jun 04 2020 15:24
Elshad Aliyev
Views: 56

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) “Afrika dilləri mədəniyyətə və tarixə olan körpüdür” proqramı çərçivəsində “YouTube” sosial şəbəkəsi vasitəsilə COVID-19 pandemiyasına qarşı Afrika xalqlarını maarifləndirir.

AZƏRTAC xəbər verir ki, təşkilat öz müraciətlərini yerli icmaların dilənə tərcümə edərək yayıb.

ICESCO-nun maarifləndirici materialları housa, svahili, mandinqo, fulani, volof, fur və nubian dillərində yayılıb. Müraciətlər təşkilatın rəsmi saytındakı infoqrafiya bölməsində də yerləşdirilib.

Afrikanın mərkəzi və cənub regionlarında yaşayan icmaların yeni növ koronavirusa qarşı məlumatlandırılması məqsədilə İslam İnkişaf Bankı da ICESCO-ya maddi yardım göstərib. Bu vəsait kompüterlərin alınması və həmin ərazilərdə internetin təmin edilməsinə sərf edilir.


Create Account



Log In Your Account