Jun 17 2020 10:26
Elshad Aliyev
Views: 58

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün dünyada neft emalı üzrə proqnozunu dəyişib.

"APA-Economics" IEA-in iyun ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu il gündəlik qlobal neft emalı 5,4 mln. barel azalaraq 76,5 mln. barel təşkil edəcək. (Agentlik tərəfindən may ayında verilə proqnoza görə, bu göstəricilər müvafiq olaraq 7,6 mln. barel və 74,3 mln. barel təşkil edirdi).

Bununla yanaşı IEA gələn il gündəlik neft emalının artımını da proqnozlaşdırır. Belə ki, 2021-ci ildə gündəlik qlobal neft emalı 5,3 mln. barel artacaq və 2019-cu ilin göstəricisinə nisbətən yaxşılaşacaq.

Hesabata əsasən, may ayında gündəlik qlobal neft emalı 7,6 mln. barel enərək 67,8 mln. barel təşkil edib.


Create Account



Log In Your Account