Feb 22 2017 12:21
Ulviyye Sabirqizi
Views: 1240

Mayın 12-dən 22-dək ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq.

İslam Oyunları Təşkilat Komitəsinin Baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif yönümlü tibbi təlimlərə cəlb olunacaqlar. Fevral ayının 6-dan bu günə qədər artıq 360 nəfər tibbi yardım könüllüsü Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Korpusunda oyunlar zamanı ilkin tibbi yardımın strukturu, təşkili, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması (BLS- Basic Life Support) təlimlərinə cəlb olunaraq nəzəri olaraq məlumatlandırılıb və praktiki vərdişlərə yiyələniblər.

S. Zeynalov bildirib ki, təlimlər zamanı ən müasir təlim və tədris avadanlıqlarından istifadə olunub:

“Biz, yaxın vaxtlarda Azərbaycan Tibb Universitetinin 200 nəfərə qədər hazırki IV və V kurs tələbələrini də bu təlimlərə cəlb etməklə, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması vərdişlərinin onlar tərəfindən mənimsənilməsinə və könüllü olaraq oyunlar zamanı bizə dəstək olmalarına nail olmaq fikrindəyik. Artıq bu sahədə ilk Avropa oyunlarından müsbət təcrübə var və ozünü doğruldub”.

 


Create Account



Log In Your Account