May 19 2020 15:42
Elshad Aliyev
Views: 34

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının ləğv olunmasını təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tanınmış siyasətçi özünün “Twitter” səhifəsində bildirib ki, Rusiyada çoxlu lazım olmayan deputat və məmur var.

“Məmur aparatını və parlamentin hər iki palatasının deputatlarının sayını iki dəfə, o cümlədən Dövlət Duması və Moskva Şəhər Dumasının deputatlarının sayını azaltmaq lazımdır. Eləcə də Federasiya Şurasının ləğv edilməsinin mümkünlüyünü müzakirə etməyə dəyər”, - deyə V. Jirinovski vurğulayıb.


Create Account



Log In Your Account