Mar 05 2020 14:09
Elshad Aliyev
Views: 54

AMEA-nın Fəlsəfə İnstitutunda keçirilən seminarda fəlsəfə üzrə elmlər doktoru, professor Əsədulla Qurbanov “İki fenomen – İslam və Heydər Əliyev fenomeni” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, ulu öndər Heydər Əliyevin çıxışlarında İslamla bağlı söylədiyi fikirlərdən nümunələr gətirib. Ümummilli Liderin İslam dininə xüsusi əhəmiyyət verdiyini deyən məruzəçi bu sahədə bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.

Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxışında əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi dövlət olduğunu vurğulayıb. Ölkəmizdə yaşayan müxtəlif xalqların öz dinlərini rahat şəkildə yaşatdığını qeyd edən alim bunun ulu öndər Heydər Əliyevin dinlərə verdiyi dəyərdən irəli gəldiyini söyləyib.

Sonra Fəlsəfə İnstitutunun əməkdaşları məruzəçiyə suallar verib, mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər.


Create Account



Log In Your Account