May 12 2020 13:20
Elshad Aliyev
Views: 59

Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların hospitala hücumu nəticəsində ən azı beş mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb.

AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı hücumla əlaqəsinin olmadığını bildirib.

Bir qədər əvvəl 1TV telekanalı terrorçu-kamikadzenin xəstəxana girişində partlayış törətdiyi və ardınca naməlum silahlıların tibb müəssisəsinə hücum etdiyi barədə məlumat yayıb. Hücum zamanı personalın yalnız bir hissəsi binanı tərk edə bilib.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub. Hazırda xəstəxana binasında atışmanın davam etdiyi bildirilir. 1TV telekanalının məlumatına görə, hospital beynəlxalq “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstan bölməsinin dəstəyi ilə fəaliyyət göstərir.


Create Account



Log In Your Account