Apr 01 2017 16:00
Ulviyye Sabirqizi
Views: 1408

Bu gün "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

CBC xəbər verir ki, tədbirdə iştirak edən kəlbəcər sakinləri rayonun təbiəti, mədəniyyəti, dağıdılmış abidələri haqqında məlumat veriblər. Ziyalılar çıxışlarında Kəlbəcərin tezliklə düşmən tapdağından azad olunacağına ümid etdiklərini bildiriblər. 

Tədbirdə həmçinin http://www.kalbajar.com/ saytının da təqdimatı baş tutub. Sözügedən sayt 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. 

 


Create Account



Log In Your Account