Kaliforniya ştatında qeyri-leqal miqrantlara maliyyə yardımı göstərmək üçün yaradılmış fonda 125 milyon dollar həcmində pul vəsaiti toplanıb. Lakin ABŞ-da qeyri-leqal miqrantlar federal maliyyə yardımı və işsizlik müavinəti almağa kömək edəcək hüquqi statusa deyil.
AZƏRTAC xəbər verir ki, bu, koronavirus böhranı ilə əlaqədar qeyri-leqal miqrantlara yardım göstərmək üçün ştat administrasiyası tərəfindən atılan ilk addımdır. Fondda toplanmış vəsait miqrantlarla iş təcrübəsi olan 12 qeyri-hökumət təşkilatı arasında bölüşdürülüb. Təşkilatlar müraciətləri iyunun 30-dək, yəni yardım müddəti bitənədək qəbul edəcəklər.
Kaliforniya qubernatoru Gevin Nyusom qeyri-leqal miqrantların ştatın iqtisadiyyatına və ictimai həyatına böyük töhfə verdiyini bildirib. Onun sözlərinə görə, ştatdakı işçi qüvvəsinin 10 faizə qədəri qeyri-leqal miqrantlardan ibarətdir. Lakin onlar yerlərdəki ərazi və ştatın mərkəzi vergi strukturlarına 2,5 milyard dollardan artıq pul ödəmələrinə baxmayaraq, federal hökumətdən nə işsizlik üzrə sığorta, nə də maliyyə yardımı alırlar.