May 24 2021 11:00
Elshad Aliyev
Views: 97

“Kapital Bank” “Bizdən Biri” təcrübə proqramına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, may ayından etibarən başlayan layihədə iştirak üçün 30 gənc seçilib. Onların hər biri üçün ayrıca hazırlanan fərdi inkişaf planına uyğun olaraq “Kapital Bank”ın müxtəlif strukturlarında peşəkar mentorların dəstəyi ilə təcrübə proqramı keçiriləcək.

Layihənin açılış mərasimində “Kapital Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov, insan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, ödənişlər sahəsinin lideri Fərid Səmədov giriş nitqi ilə çıxış edərək, gənclərə uğurlar arzulayıblar. Həmçinin, IT infrastruktur departamentinin texniki dəstək şöbəsinin rəisi Ramin Rəcəbov və bir müddət əvvəl keçirilən "BirCode" təcrübə proqramının iştirakçısı olan, hazırda isə “Kapital Bank”ın gündəlik bankçılıq sahəsinin backend developeri Sahil Appayev iştirakçılarla öz təcrübə və tövsiyələrini bölüşdülər.

Qeyd edək ki, “Bizdən Biri” layihəsi davamlı olaraq keçiriləcək. “Kapital Bank”da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələrlə tanış olmaq, həmçinin müxtəlif təcrübə layihələrində iştirak etmək istəyənlər hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə və yenilikləri izləyə bilərlər.

 


Create Account



Log In Your Account