Apr 13 2020 12:07
Elshad Aliyev
Views: 82

146-3 "Qaynar xətt" xidmətinə psixoloji dəstəklə bağlı daxil olan zənglərin statistikası açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 6-10 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub. 

Müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub. 

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib. 


Create Account



Log In Your Account