Apr 15 2020 18:05
Elshad Aliyev
Views: 158

Sabitləşmənin davam etməsi istiqamətin müsbətə doğru yönəlməsi deməkdir. Lakin karantin müddətinin yaxın vaxtlarda başa çatması və tədrisin bərpa olunması hələlik müzakirə mövzusu deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O deyib: “Ola bilər ki, Azərbaycanda vəziyyət yaxşı olar. Amma bu, o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu, hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxdıqdan sonra mümkündür. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil”.


Create Account



Log In Your Account