Apr 02 2020 13:24
Elshad Aliyev
Views: 75

Vətəndaşların karantin rejimində evdən çıxması üçün sənəd hazırlanır. Yaxın vaxtlarda həmin sənəd hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi göstəriləcək.


Create Account



Log In Your Account