May 12 2018 12:41
Ferah Sabirqizi
Views: 67

Bu gün Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti beynəlxalq tədbir – “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı başlayır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

İki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçiriləcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edirlər.

Günün ikinci yarısında Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.

Rəsmi hissədən sonra tamaşaçılara İranın “Titovak” teatrının kollektivinin Şekspirin “Maqbet” faciəsi əsasında hazırladığı “Maqbet-Zar” əsəri təqdim ediləcək.


Create Account



Log In Your Account