Jul 22 2020 17:32
Elshad Aliyev
Views: 175

Ağcabədi Rayon İcra Hakimiyyətinin və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının, ümumtəhsil məktəblərinin direktorlarının, mətbuat və mədəniyyət işçilərinin iştirak etdiyi videokonfransda mərkəzin direktoru Məhsəti Musa çıxış edərək, milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədovanın “Milli mətbuatımızın tarixi” adlı məruzəsi dinlənilib. Videokonfransda çıxış edən Ağcabədi rayonunda nəşr olunan “Aran” qəzetinin əməkdaşı Adil Misirli, şair Gündüz Sevindik, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səadət Kazımova Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşrinin bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, maariflənməsində və tərəqqisində böyük rol oynadığını bildiriblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan natiqlər söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir.


Create Account



Log In Your Account