Jul 29 2019 15:06
Ferah Sabirqizi
Views: 95

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər. 

Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar. Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.


Create Account



Log In Your Account