Jan 03 2019 13:22
Ferah Sabirqizi
Views: 166

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün axşam arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah gündüz və birisigün gün ərzində qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.


Create Account



Log In Your Account