Mar 31 2017 12:05
Ulviyye Sabirqizi
Views: 1272

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib.

ASC-nin mətbuat xidmətindən CBC-yə bildirilib ki, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər tam nəzarətə götürülüb: 

“Bütün regionlarda, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, maşın-mexanizmlərimiz hazır vəziyyətə gətirilib. Son illərdə paylayıcı elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazımi tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır", - deyə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Hazırda ölkə ərazisində elektrik enerjisinin verilişində heç bir problem yoxdur.

 


Create Account



Log In Your Account