Jul 20 2018 11:09
Naile Hesenova
Views: 672

Premium kinoteatr “CinemaPlus Amburan Mall”da, açıq havada Aleksandr Sekalonun rəhbərliyi altında rus komediya filmi olan “Kilimandjara”nın qapalı nümayişi keçirilib.
Filmin çəkilişləri Bakının görkəmli yerlərinin və Azərbaycanın gözəl mənzərələrinin fonunda aparılıb. “Kilimandjara” filminin ideyası məşhur şoumenlər Tahir və Cabir İmanovlarda (“Planet Parni iz Baku”) yaranıb. Lakin onların layihədə işitrakı bununla məhdudlaşmayıb. Azərbaycan tərəfindən produser olaraq İmanovlar, Fərid Əlizadə və filmin baş produseri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə rusiyalı kinematoqrafçılara öz ölkələrinin mühitinə daxil olmağa kömək ediblər.

Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olub.

Kinoteatrda həmçinin musiqi müşayiəti altında bayram mühiti qurulub. Bütün gecəni DJ dinamik musiqi ilə insanları əyləndirib. 

Filmin süjetinə gəlincə, hadisələr toy günündən başlayır: Sənin toyuna bəy gəlməyəndə bir şey qalır – onu axtarıb tapmaq. Məhz gözəl Marusya belə də edir. O bəyin doğma ölkəsi Azərbaycana sevgilisini tapmaq üçün yola düşür. Yaxşı ki, yanında mehriban dostlar komandası var, və ya elə də mehriban və heç də dost olmayanlar. Bakıda belə sərgüzəştləri Marusyanın komandasından heç kim gözləmirdi, elə şəhər sakinləri özləri də.

Filmin rejissoru Yekaterina Teleginadır. Baş rollara Pavel Priluçniy, Maksim Vitorqan, Timofey Tribuntsev və İrina Starşenbaum çəkiliblər.
 

 


Create Account



Log In Your Account