Mar 05 2020 12:07
Elshad Aliyev
Views: 43

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In Koreya yarımadasının cənubunda koronavirusun yayılması ilə bağlı Koreya Respublikasının Prezidenti Mun Çje İnə məktub yollayıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Yonhap” agentliyi məlumat yayıb.

Kim Çen In məktubunda Cənubi Koreyanın öz ərazisində koronavirusun öhdəsindən gələcəyinə ümid etdiyini vurğulayıb.

Mun Çje İn də öz növbəsində Şimali Koreya liderinə cavab məktubu ünvanlayıb.

Xatırladaq ki, Cənubi Koreyada 5766 nəfər koronavirusa yoluxub, 35 nəfər koronavirusdan ölüb.

 


Create Account



Log In Your Account