Sep 27 2020 14:10
Ferah Sabirqizi
Views: 7477

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirir.  Brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir. 

H. Hacıyev bildirib ki, hərbi sirr olduğunu nəzərə alaraq əməliyyatlarla bağlı geniş məlumat verə bilmir:

"Amma yaxın zamanda ölkə ictimaiyyəti də məlumatlandırılacaq". 

Prezidentin köməkçisi onu da vurğulayıb ki, ordumuzun uğurlu əks həmləsi zamanı işğal altında olan bir neçə kəndlərimiz azad olunub.

O, cəmiyyəti rəsmi mənbələrdən məlumat almağa çağırıb. Ermənistan mətbuat orqanlarına inanmamağa, təxribata uymamağa səsləyib.

A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.


Create Account



Log In Your Account