Nov 03 2017 17:12
Ferah Sabirqizi
Views: 443

Bu gün kinoteatrı kinomanların sevimli çərəzi olan popkornsuz (partlamış qarğıdalı) təsəvvür etmək olmur.  Bu faktoru nəzərə alaraq, ilk dəfə olaraq Azərbaycanda “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi aparıcı amerikan istehsalçılarından olan yeniliyi –  “Diet Popcorn” məhsulunu təklif edir. Yalnız “CinemaPlus”da çox az miqdarda duz, qənd və yağı olan hər kəs üçün faydalı “Diet Popcorn”u dadmaq olar.

Popkorn protein, fosfor, dəmir və silisiumla zəngindir. Lakin ən başlıca üstünlüyü isə onun tərkibində çoxlu sayda sellülozanın olmasıdır.

Yeni “Diet Popcorn” nun hazırlanması üçün “CinemaPlus” kinoteatrına Amerikadan mütəxəssislər dəvət olunub. Onlar yüksək keyfiyyət standartlarına uyğun olaraq yeni resepti təqdim ediblər. yeni popkornun dadına bir dəfə baxan, bir daha bu təkrarolunmaz dadı unutmayacaq.

Yalnız “CinemaPlus” kinoteatrında Siz Texasın özündən olan orijinal və ən dadlı popkorn dada bilərsiniz.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 


Create Account



Log In Your Account