Feb 18 2020 12:49
Elshad Aliyev
Views: 54

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda zərgərlik sektorunun inkişafına təkan verəcək institusional tədbirlərin keçirilməsi ilə bağlı təkliflər irəli sürüb.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu sektorda bazar iştirakçıları və istehlakçıları arasında etimad mühitinin olduqca aşağı səviyyədə olması müşahidə olunur.

"Həyat səviyyəsi kifayət qədər yüksək və iqtisadi vəziyyət əlverişli olduqda zərgərlik məmulatlarına tələbat daha da artır. Bu məmulatların yüksək dəyəri onların unikallığı ilə əlaqədardır. Lakin bu, kifayət deyil. Alıcının mala, onun barəsində məlumatın mötəbərliyinə inamı yüksək olmalıdır. Belə ki, qiymətli metalların və qaşların keyfiyyətinin və əyyar göstəricilərin müəyyən edilməsi sahəsində nəzarətin güclü olmaması səbəbindən müxtəlif xarakterli problemlər ortaya çıxır. Bu sahədə beynəlxalq təcrübədə tətbiq olunan, eləcə də beynəlxalq akkreditasiya əsasında qiymətləndirmə təsisatların yaradılması, habelə nəzarət tədbirlərinə gücləndirilməsi bazarda etimad mühitinin formalaşdırılması üçün müvafiq qurumun yaradılması, rəqabət mühitinin formalaşdırılmasına, istehsalçıların hüquqlarının pozulmasının qarşısının alınmasına və müvafiq sahədə fəaliyyətin tənzimlənməsi və təkmilləşdirilməsinə şərait yaradacaq", - deyə O. Məmmədov bildirib.


Create Account



Log In Your Account