Aug 06 2018 12:46
Ferah Sabirqizi
Views: 116

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Məkəzindən CBC-yə verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

6 avqust saat 10:00-a olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir: 

Azərbaycan bölməsi - 11444; rus bölməsi - 227; cəmi - 11671

Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.


Create Account



Log In Your Account