Apr 06 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1200

Kolumbiyanın Mokoa regionunda baş verən sel axınları 300 nəfərdən çox insanın həyatına son qoyub, yüzlərlə insan itkin düşüb. 

Təbii fəlakətə bir neçə saat davam edən güclü leysan yağışları və çayların məcrasından çıxması səbəb olub.

CBC xəbər verir ki, axtarış və xilasetmə əməliyyatlarına 1100-dən çox əsgər və polis cəlb olunub. Xilasedicilər dağıntılar altında qalan cəsədlərin axtarışını davam etdirirlər. Pis hava şəraiti əməliyyatın keçirilməsində çətinliklər yaradır. Regionda yerləşən körpülərin əksəriyyətinin dağılması səbəbindən zərər çəkən ərazilərdə ağır texnika tam gücü ilə fəaliyyət göstərə bilmir.

Təbii fəlakət zonasında 2,5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Mokoanın bəzi rayonları indiyə qədər də susuz və işıqsızdır. Talançılarla mübarizə aparmaq üçün şəhərə əlavə polis qüvvələri göndərilib.

Kolumbiya hökuməti hadisə ilə bağlı təhqiqata başlayıb. Müstəntiqlər tikinti normalarına riayət olunmasını və məmurların fövqəladə hallara hazırlığını araşdıracaq.

 


Create Account



Log In Your Account