Nov 14 2019 12:21
Elshad Aliyev
Views: 40

Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Z.Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur:

"Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur".

Z.Səmədzadə vurğulayıb ki, hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir ki, bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə törədir: "Dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur".


Create Account



Log In Your Account