Mar 05 2020 12:46
Elshad Aliyev
Views: 285

Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.


Create Account



Log In Your Account