Feb 24 2020 12:44
Elshad Aliyev
Views: 53

Xocalı soyqırımının Koreya Respublikasında daha yaxşı tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı petisiyalar yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Koreya əlaqələrində ilk dəfə olaraq Koreyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar tərəfindən hazırlanan petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir.

Xocalı soyqırımı ilə bağlı həmin petisiyalar yerli kütləvi informasiya vasitələrinin diqqətini çəkib, ölkənin "Boan 24" onlayn xəbər agentliyi bu mövzuda material yayıb.


Create Account



Log In Your Account