Mar 02 2020 14:50
Elshad Aliyev
Views: 48

COVID-19 koronavirusu iqtisadiyyatın bir çox sahəsinə, xüsusilə də turizm və onunla bağlı olan xidmət sahələrinə ciddi zərər vurub.

AZƏRTAC xəbər verir ki, koronavirus yayıldığı ilk gündən etibarən Avropada turizm sahəsində dövriyyəyə aylıq bir milyard avro zərər yetirib. Bu məlumatı Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Terri Breton təsdiqləyib.

Virus təhlükəsi ümumilikdə dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, beynəlxalq reyslər üzrə ixtisaslaşmış aviaşirkətlər epidemiya ilə əlaqədar hazırkı göstəricilər əsasında bu il təxminən 1,5 milyard ABŞ dolları itirəcəklər.

Aviaşirkətlərlə yanaşı kruiz turizmində də vəziyyət ürəkaçan deyil. Yaponiyanın kruiz səyahətləri üzrə ixtisaslaşmış “Luminous Cruis“ şirkəti artıq müflisləşdiyini elan edib. Virus təhlükəsi ümumi dəyəri 46 milyard ABŞ dolları olan və bu sahədə liderlik edən ”Carnival”, “Royal Caribbean” und “Norwegian Cruise Line” şirkətlərini çətin vəziyyətə salıb.

Turizm sahəsində dünyanın aparıcı Berlin Beynəlxalq Turizm Birjası (İTB), avtomobil sənayesi üçün böyük nüfuza malik Cenevrə Avtosalonu və digər sərgi və yarmarkaların təxirə salınması ilə uzunmüddətli perspektivdə dəyən iqtisadi zərərin həcmini müəyyən etmək isə mümkün deyil.


Create Account



Log In Your Account