Apr 27 2020 13:10
Elshad Aliyev
Views: 59

Yaponiya hökuməti koronavirus pandemiyasına görə Yaxın Şərq, Afrika və Latın Amerikasının 11 ölkəsindən, həmçinin Rusiya, Belarus və Ukraynadan bu ölkəyə gəlişi qadağan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar aprelin 27-də koronavirusa qarşı mübarizə üzrə qərargah tərəfindən təsdiq edilib.

Qərargahın növbəti iclasına yekun vuran Baş Nazir Şinzo Abe deyib: “Bu 14 ölkə ilə əlaqədar tədbirlər aprelin 29-dan qüvvəyə minir”. Hökumətin başçısı, həmçinin bütün əcnəbilərə vizaların verilməsinin dayandırılması müddətinin mayın sonunadək uzadıldığını da təsdiq edib.

Əlavə olaraq bildirilir ki, həmin siyahıya daxil edilən dövlətlərin sırasında BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Peru və Dominikan Respublikası da var. Ümumilikdə siyahıya 87 dövlətin adı daxildir.


Create Account



Log In Your Account