May 06 2020 16:51
Elshad Aliyev
Views: 51

Koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq edilən məhdudiyyətlər 1,4 milyona yaxın insanın vərəm xəstəliyindən ölməsinə səbəb ola bilər. AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat vərəm problemi üzrə aparılan tədqiqatın nəticələrində əksini tapıb.

Tədqiqat “Vərəmin qarşısını alın” (Stop TB Partnership) tərəfdaşlığı ilə Londonun İmperiya Kolleci və Cons Hopkins Universiteti tərəfindən keçirilib. Araşdırma COVID-19 xəstəliyinin daha çox yayıldığı ölkələrdə izolyasiya şəraitində vərəmin diaqnostikası və müalicəsinin aparılması barədə məlumatlara əsaslanır.

Sənəddə 2020-2025-ci illərdə 6,3 milyon insanda vərəmin inkişaf edə biləcəyi vurğulanır. Nəşr xatırladır ki, vərəm hər il digər infeksiya xəstəliklərindən daha çox - 1,5 milyon insanın ölümünə səbəb olur. Lakin böyüklər üçün hələ də vərəmə qarşı peyvənd hazırlanmayıb.

Profilaktika və müalicələr nəticəsində son beş ildə vərəmə yoluxma hallarında davamlı azalma müşahidə olunur. Beş il öncə dünya liderləri 2030-cu ilədək bütün dünyada vərəm xəstəliyinə son qoymağı vəd etmişdilər.


Create Account



Log In Your Account