Mar 11 2020 09:56
Elshad Aliyev
Views: 41

Koronavirus təhlükəsi ilə bağlı Özbəkistan Ümrə ziyarətinə gedən minə yaxın vətəndaşını geri qaytarıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son iki gündə “Uzbekistan Airways” dörd çarter reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 977 vətəndaşını geri gətirib.

Özbəkistanın Səhiyyə naziri Əlişir Şadmanov jurnalistlərə bildirib ki, bu adamların heç birində koronavirusun əlamətləri aşkar olunmayıb, bununla belə, onlar öz evlərində iki həftə nəzarət altında qalacaqlar.


Create Account



Log In Your Account