Jul 07 2020 17:58
Elshad Aliyev
Views: 125

Koronavirus epidemiyası ilə əlaqədar2020-ci ildə, “Vışeqrad dördlüyü” (V4) ölkələrində iqtisadi artım sürəti 7,8 faiz azalacaq. Bu, gözlənildiyindən əhəmiyyətli dərəcədə çoxdur.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Statistika Bürosu özünün bu gün elan etdiyi makroiqtisadi proqnozunda V4 ölkələrinin məcmu iqtisadiyyatının perspektivlərini may ayında elan edilmiş proqnozla müqayisədə 1,6 faiz azaldıb.

2021-ci ildə Çexiyada ÜDM-in artımı 4,5 faiz yüksəlməlidir. Lakin bu, yaz proqnozu tərtib edilərkən nəzərdə tutulduğundan 0,5 faiz azdır. Polşaya gəldikdə, proqnozda 4,8 faiz artım gözlənilir ki, bu da əvvəlcədən nəzərdə tutulduğundan 1,8 faiz aşağıdır. Macarıstanla vəziyyət bir qədər ürəkaçandır: proqnozlaşdırılan 4,8 faizə qarşı 4,7 faiz. Daha çox Slovakiya əziyyət çəkəcək. Yeni proqnozda iki ay bundan əvvəl ehtimal edildiyindən 1,9 faiz az artım müəyyən edilib.


Create Account



Log In Your Account