May 01 2020 11:20
Elshad Aliyev
Views: 59

Dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində dünyanın bir çox ölkələrindən fərqli olaraq bu infeksiya Azərbaycanda geniş yayılmadı. Lakin bu bizi arxayınlaşdırmamalıdır. Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılmasından sui-istifadə hallarına yol verilməməli, insanlar ehtiyac olmadığı təqdirdə evdən çıxmamalıdırlar. Əks halda, virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocavənd rayon ziyalısı Cavay Hüseynov deyib.

O bildirib ki, “COVID-19” epidemiyası ilə mübarizə ölkəmizdə yüksək səviyyədə aparılır. "Şükürlər olsun ki, görülən tədbirlər sayəsində ölkəmizdə virusla mübarizədə müsbət dinamika müşahidə olunur. Lakin yoluxma hallarının yenidən çoxalmaması üçün insanlar profilaktik tədbirlərə, gigiyenik normalara uyğun davranmalıdırlar. Mən Xocavənd ziyalısı olaraq hesab edirəm ki, pandemiya tam aradan qalxanadək özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Vətəndaşlar yenə də sanitar-gigiyena qaydalarına riayət etməli, kütləvi toplantılara yol verməməlidirlər. Unutmayaq ki, bütün bu tədbirlər bizim, ailəmizin, xalqımızın sağlamlığı üçündür", - deyə Cavay Hüseynov bildirib.


Create Account



Log In Your Account