Mar 10 2020 12:19
Elshad Aliyev
Views: 43

Koronavirus təhlükəsi ilə əlaqədar Özbəkistanda bütün beynəlxalq idman tədbirləri təxirə salınıb.

AZƏRTAC Özbəkistanın Bədən Tərbiyəsi və İdman Nazirliyinə istinadla xəbər verir ki, milli komandaların xaricdə keçirilən yarışlara qatılması da həmin ölkələrdəki vəziyyətdən asılı olacaq. Başqa sözlə, Özbəkistan koronavirusun tüğyan etdiyi ölkələrdə keçirilən yarışlara qatılmayacaq. Ölkədaxili bütün yarışlar isə Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra keçiriləcək.

Xatırladaq ki, Daşkənddə keçirilməli olan ağır atletika üzrə Asiya çempionatı da qeyri-müəyyən vaxtadək təxirə salınıb.


Create Account



Log In Your Account