Mar 19 2020 16:40
Elshad Aliyev
Views: 300

Koronavirusla Mübarizəyə Dəstək Fondunun hansı mənbələr hesabına formalaşacağı məlum olub.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”na əsasən, Fondun vəsaiti dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.


Create Account



Log In Your Account