Apr 03 2020 09:40
Elshad Aliyev
Views: 86

Koronavirusun qarşısının alınması məqsədilə Çin Xalq Respublikası Özbəkistana, Özbəkistan isə Qırğızıstana və Əfqanıstana humanitar yardım göndərib.

Çinin Özbəkistana göndərdiyi 20 tonluq yardım birdəfəlik steril əlcək, maska, teplovizor və digər avadanlıqdan ibarətdir.

Özbəkistandan Qırğızıstana və Əfqanıstana göndərilən yardıma un, düyü, yağ, digər ərzaq məhsulları, həmçinin koronavirusun qarşısının alınması üçün müdafiə kombinezonları, əlcəklər, eynəklər, test-sistemlər, teplovizorlar və digər ləvazimatlar daxildir.


Create Account



Log In Your Account