Apr 13 2020 16:34
Elshad Aliyev
Views: 134

Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kreativ Azərbaycan" portalının Virtual Platforması təsis olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, platformanın əsas məqsədi dövlət və özəl sahələrdə çalışan istedadlı və yüksək bacarıqlı şəxslərin onlayn müzakirələr üçün bir araya gəlməsidir.

İlk platforma görüşü virtual olaraq aprelin 14-də saat 15:00-da keçiriləcək. Görüş “Kreativ Azərbaycan” platformasının “Facebook” səhifəsindən (www.fb.com/creative.az) canlı yayımlanacaq. Virtual Panel “Covid-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar” mövzusuna həsr olunacaq.

Panelə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə moderatorluq edəcək.


Create Account



Log In Your Account