Mar 25 2020 15:09
Elshad Aliyev
Views: 137

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 513,6 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 659,7 milyon manatı və ya 81,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 306,9 milyon manat olub və ümumi kredit portfelinin 8,4 faizini təşkil edib.


Create Account



Log In Your Account