Feb 28 2020 16:01
Elshad Aliyev
Views: 196

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda görüşəcəyi istisna deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iki ölkənin liderləri arasında fevralın 28-də Türkiyə tərəfinin təşəbbüsü ilə telefon danışığı olub, hər iki tərəf Suriyanın şimal-qərbində vəziyyətin sabitləşməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.

Məlumatda deyilir ki, İdlibdə vəziyyətin gərginləşməsi, həlak olanların, o cümlədən Türkiyə hərbçiləri arasında çoxlu sayda itkilər olmasından ciddi narahatlıq ifadə edilib, Müdafiə nazirlikləri səviyyəsində əlaqələndirmənin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.


Create Account



Log In Your Account