Feb 10 2017 17:16
Ulviyye Sabirqizi
Views: 1390

"Krım tatarlarının hüquqlarının müdafiəsi məsələsi Türkiyənin prioritetlərindən biridir".

CBC RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfəri zamanı bildirib.

"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Krım tatarları, onların hüquqlarının qorunması, onların təcavüzündən müdafiəsi prioritetlərimiz sırasındadır. Bu məsələdə Krım tatarlarının nümayəndələri ilə sıx əlaqələri davam etdiririk və bunu beynəlxalq arenaya çıxaracağıq" - M.Çavuşoğlu mətbuat konfransında vurğulayıb.

 


Create Account



Log In Your Account