Jun 16 2020 16:52
Elshad Aliyev
Views: 196

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xətai rayon Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ordum varsa, yurdum var!” adlı onlayn görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, iştirakçı qonaqlar silahlı qüvvələrimizin şanlı keçmişini, xalqımızın yaddaşında əbədi yaşayan sərkərdələrimizi yad edərək, bu tarixi qəhrəmanlıq salnaməsinin hər bir səhifəsini qürur hissi ilə xatırladıqlarını qeyd ediblər.

Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova çıxışında Silahlı Qüvvələrin yaranma tarixindən, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən, ordumuzun qüdrətindən və bu sahəyə olan dövlət qayğısından danışıb.

Görüş çərçivəsində, məktəbin 7-8 sinif şagirdlərinin ifasında Məhəmməd Hadinin, Qabilin, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Süleyman Rüstəmin vətənpərvərlik ruhunda yazılmış şeirləri səslənib, musiqi nömrələri ifa olunub, videoçarx nümayiş etdirilib.


Create Account



Log In Your Account