May 08 2020 12:44
Elshad Aliyev
Views: 59

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) dəyişiklik olunması təklif edilir. Bu inzibati xətanı (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Create Account



Log In Your Account