Apr 14 2020 15:29
Elshad Aliyev
Views: 98

Futbol üzrə klublararası dünya çempionatı 2022-ci ilin iyununda keçiriləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əvvəlcə turnir 2021-ci il iyunun 17-dən iyulun 4-dək Çində keçirilməli idi, lakin Avropa çempionatının 2021-ci ilin yayına keçirilməsi səbəbindən klublararası çempionat təxirə salınıb.

Futbol üzrə klublararası dünya çempionatı yeni formatda təşkil olunacaq: iştirakçı komandaların sayı 7-dən 24-dək artırılacaq, yarışlar isə dörd ildən bir keçiriləcək.


Create Account



Log In Your Account