May 31 2020 15:38
Elshad Aliyev
Views: 143

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri may-iyun ayları üzrə müəyyən edilmiş hasilatın azaldılması ilə bağlı şərtləri sonrakı müddət üçün də uzada bilərlər. 

"APA-Economics"in məlumatına görə, bu barədə TASS öz mənbəyinə istinadən xəbər verir.

Məlumata əsasən, "OPEC+" ölkələri nazirlərinin görüşü daha tez baş tuta bilər. Belə ki, iyunun 9-10-na planlaşdırılan görüş iyunun 4-ü keçirilə bilər.

İlkin qrafika əsasən, "OPEC+" texniki komitəsinin iclasının iyunun 4-5-də, nazirlərin monitorinq komitəsinin iclasının iyunun 8-də, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün keçirilməsi isə iyunun 9-10-da keçirilməsi planlaşdırılırdı.

"Nə qədər tez olsa, o qədər yaxşıdır. Vaxtın dəyişdirilməsinin səbəbi isə iyun ayından sonra mövcud hasilatın azaldılması şərtlərini uzatmaq istəyi ilə bağlıdır", - mənbə qeyd edib.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.


Create Account



Log In Your Account