Oct 04 2017 16:35
Naile Hesenova
Views: 413

Ukraynanın paytaxtında görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsi ucaldılacaq. Bu barədə Kiyevin meri Vitali Kliçko bəyan edib.

“Azərbaycan, Bakı ilə əməkdaşlığı inkişaf etdiririk. Həm iqtisadi, həm də mədəniyyət sahəsində. Aprel ayında baş tutan ötən səfərim zamanı, həm də bu dəfə Azərbaycan prezidenti ilə bu əməkdaşlığın konkret layihələri barədə danışmışıq. Artıq yaxın zamanda Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olacaq. Həmçinin Ukraynanın paytaxtında Müslüm Maqomayevin abidəsini ucaldacağıq”, - Ukrayna mətbuatı V.Kliçkonun sözlərindən sitat gətirir.

O cümlədən, V.Kliçko Ukraynanın paytaxtında yol infrastrukturunun təmiri ilə məşğul olan Azərbaycan şirkətlərinin fəaliyyətini yüksək qiymətləndirib.

“Bu yay ilk dəfə Azərbaycan şirklətəri Kiyevə gəliblər. Onlar kəsişən yolların üstündən salınan bəzi körpülərin əsaslı təmirinin podratçıları olublar və keyfiyyətli işlər görürlər”, - mer bəyan edib.


Create Account



Log In Your Account